Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq - Ərdoğan

Reklam: High Technic

Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdan şadam. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq.

Yenicag.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

R.Ərdoğan bildirib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.

Türkiyə Prezdenti qeyd edib ki, azərbaycanlı qardaşlarım 30 il öz doğma yurdlarından məcburi köçkün oldular: “30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq”.

www.yenicag.az

184
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100