ABŞ-nin Ohayo ştatında 31 yaşlı qadının etdiyi əməl bütün sosial şəbəkə izləyicilərini təəccübləndirib.
Yenicag.az xəbər verir ki, Teylor Robinson adlı 3 uşaq anası illərdir öz südündən sabun hazırlayıb satır.
O, 3 il ərzində 100 min dollardan çox pul qazanıb. Hətta Teylorun biznesi o qədər böyüyüb ki, o artıq digər həmcinslərindən də ana südü alıb satır.
Robinson artıq öz fabrikasını açıb.
Qeyd edək ki, onun “TikTok”da milyonlarla izləyicisi var.