“Bütün dünyanı Azərbaycanın yanında yer almağa çağırıram” – Ərdoğan

Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bir daha sübut etdi ki, sülh və sabitliyin önündə ən böyük əngəldir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Tvitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır:

“Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram”.

“Bugünkü telefon danışığımızda güclü və iradəli mövqeyinə bir daha şahid olduğum Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə dediyim kimi, Türkiyənin “bir millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlar ilə münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”.