“Bütün kiberhücumların qarşısı alınacaq”

eliabbasovesas“Biz bilirik ki, I Avropa Oyunları ərəfəsində bizə müəyyən kiberhücumlar, informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən təzyiqlər olacaq”.

Yenicag.az  apa-ya istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, belə xoşagəlməz hallardan qorunmaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çox layihələr həyata keçirib: “Biz bütün dövlət təhlükəsizlik strukturları ilə birgə müəyyən tədbirlər hazırlamışıq ki, Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi zamanı kiberhücumlardan prinsipial ziyanlar görülməsin”.