“Mən söz vermək istəmirəm ki, bütün qaldırılan məsələləri yüzdə yüz həll edəcəm. Hər şey imkan daxilindədir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, istəklər, xahişlər hər zaman imkanlardan çoxdur:
“Bu, hər zaman belə olub. Bəşəriyyət inkişaf etdikcə insanların təlbatı artır. Bu tələbatları qarşılamaq hökumətin vəzifəsidir”./Qaynarinfo/