Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bütün metro stansiyalar Wi-Fi-ya qoşuldu

“Transit Wireless” şirkəti Nyu-York metrosunun bütün stansiyalarını pulsuz Wi-Fi-ya qoşulma ilə təmin edib.

Sonuncu olaraq şəbəkəyə qoşulan Bruklindəki “Klark Strit” stansiyası olub.

Layihə üzrə iş 2011-ci ildən aparılır. “Transit Wireless” şirkəti 286 stansiyanı internet örtüyü ilə təmin edib. Hazırda isə daha 4 stansiya rekonstruksiya edilir və təmir işlərindən sonra onlar da Wi-Fi şəbəkəsinə qoşulacaq.

Bundan öncə isə Moskva metropolitenini Wi-Fi şəbəkəsi ilə təmin edən operatorlardan biri olan “Maksima Telekom” şirkəti Rusiyanın beynəlxalq hava limanlarında vahid Wi-Fi şəbəkə zonasının yaradılacağını elan edib.

 

Yenicag.az

www.yenicag.az

201