Bütün ölkə üzrə pensiyalar bu tarixdə ödəniləcək

Respublika üzrə pensiyaların ödənilməsi noyabr ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.