Sosial ödəniş alanlara ŞAD XƏBƏR

Fevral ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Yenicag.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Qeyd edilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Ötən həftə ölkə üzrə pensiya ödənişləri də yeni artımlarla birgə ödənilib.