Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bütün viruslar mutasiyaya məruz qalır, ancaq...” - ÜST-dən ilk dəfə müsbət açıqlama

ÜST mutasiyaya uğramış koronavirusun ağır fəsadlara və ya ölümə səbəb olduğuna dair heç bir sübut olmadığını bildirib.

Yenicag.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direkotru Tedros Adanom Gebreyesus İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında təşkil olunan mətbuat konfransında deyib.

O, virusların zamanla mutasiyaya uğramasının təbii və gözlənilən olduğunu bildirib.

“Virusun mutasiyaya uğramış bu növü daha asan ötürülür, yayılır. Ancaq bu günə qədər ciddi bir xəstəlik və ya ölümə səbəb olma ehtimalının yüksək olduğuna dair bir fakt yoxdur.

Biz bütün SARS-COV-2 viruslarının yayılmasının qarşısını mümkün qədər tez almalıyıq”.

Gebreyesus ölkələrə müraciət edərək, məhdudlaşdırmalara getmələri üçün lazımi tədbirlərin görülməsinin nə qədər vacib olduğunu vurğulayıb.

Ümumdünua Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove  isə peyvəndlərin bu virusa təsir etmədiyini qeyd edib.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib. Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

www.yenicag.az

437