!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BVF Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırdı

!Reklam – Yazi

Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dən 3,8%-dək yaxşılaşdırıb.

Yenicag.az xəbər verir ki, yenilənmiş proqnoz BVF missiyası tərəfindən mayın 25-dən iyunun 7-dək Azərbaycan hökuməti ilə IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə hazırlanıb.

Fond 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,6% səviyyəsində saxlayıb.

2024-2027-ci illərdə respublikada iqtisadi artım ildə 2,5% səviyyəsində proqnozlaşdırılır.

BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə qeyri-neft sektorunda artım 5,5% (aprel proqnozu – 4%), 2023-cü ildə 3,7%, 2024-2027-ci illərdə illik 3,5% təşkil edəcək.

Fond Azərbaycanda inflyasiyanın 12,3%-dək (2021-ci ildə 6,7%) sürətlənəcəyini, 2023-cü ildə 9,5%-dək, 2024-ci ildə 7%-dək, 2025-ci ildə 5%-dək, 2026-2027-ci illərdə 4%-dək azalacağını proqnozlaşdırır.

“2022-ci ildə ÜDM-in 3,8% artacağı, ortamüddətli perspektivdə isə bir qədər azalacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2022-ci ildə inflyasiya yüksək ərzaq və xammal qiymətləri, tədarük zəncirindəki pozulmalar da daxil olmaqla, əlverişsiz xarici amillərin təsiri ilə yüksək səviyyədə qalacaq, 2023-cü ildən etibarən inflyasiya templəri azalacaq. İnflyasiyanın 2024-cü ilin sonunadək Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə (4 ± 2 faiz) qaytarılmasını dəstəkləmək üçün pul-kredit siyasətinin əlavə sərtləşdirilməsi və orta səviyyədə saxlanılması tələb olunacaq”, – deyə missiyanın şərhlərində bildirilir.

BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 24,6%-i (2021-ci ildə 15,2%-i), 2023-cü ildə 21,6%-i, 2024-cü ildə 21%-i, 2025-ci ildə 16,3%-i, 2026-cı ildə 10,7%-i, 2027-ci ildə 9,1%-i səviyyəsində proqnozlaşdırır.

Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,9%, qeyri-neft ÜDM-in artımını 4,9% səviyyəsində proqnozlaşdırmışdı. Lakin iyun ayında İqtisadiyyat Nazirliyi qeyri-neft ÜDM-in artım proqnozuna yenidən baxaraq 5,5% səviyyəsində müəyyən edib. Bununla belə, nazirlik ÜDM-in ümumi artımı üzrə yenilənmiş proqnozu dərc etmir. İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 12,5%-dək artacaq.

2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 7,2%, neft sektoru üzrə ÜDM 1,8% artıb.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv