BVF-nin Ukrayna toplantısı davam edir

img1764443İsveç hökuməti Kiyevə175 milyon dollar ayırdı – qrivna möhkəmlənir; Rusiya atəşkəs rejimini bu gecə 17 dəfə pozub” ; Rusiyanın Ukraynadakı qərargahına general-mayor Zabizen rəhbərlik edir

Bir neçə saat sonra Beynəlxalq Valyuta Fondu Ukraynaya veriləcək 17,5 milyard dollar kreditin şərtləri ilə bağlı son qərarını açıqlayacaq. Ukrayna prezidenti Petro Poroşenko bu haqda açıqlamasında deyib ki, ilk tranşın 10 milyard dollar olacağı gözlənilir.

İsveç isə Ukraynaya islahatların dəstəklənməsi üçün 175 milyon avro ayırır. Bu haqda anlaşmanı martın 11-də Ukrayna prezidenti Poroşenko ilə Kiyevdə səfərdə olan İsveçin baş naziri Stefan Leven imzalayıb. Prezident Poroşenko dəstəyə görə İsveçə təşəkkürlərini çatdırıb:“İsveç Avropa Birliyində Ukrayanın mövqeyini ən ardıcıl müdafiə edən ölkələrdəndir. Bu gün imzalanan sənədlə İsveç Ukraynanı Avropa ailəsində görməkdə qərarlı olduğunu bir daha sübut etdi. Ukrayna prezidenti olaraq sizə təşəkkür edirəm”.
Ukrayna Milli Bankından verilən xəbərlərə görə, ötən gün Ukrayna qrivnası ABŞ dollarına nisbətdə möhkəmlənib -1 dollar 21.22 qrivnaya satılıb. Bir gün öncə bu nisbət 1 dollar-22.10 qrivna idi. Ekspertlər bildirir ki, BVF-dan ayrılan kreditlər ölkəyə daxil olandan sonra proses bir qədər də sürətlənəcək.

Ukrayna-Rusiya cəbhəsində isə gərginlik qalmaqdadır. Minsk anlaşmasının şərtlərini yerinə yetirməyən Rusiya Ukrayna ordusunun mövqelərini gecə saatlarında 17 dəfə atəşə tutub. Əsas gərginlik Donbas ətrafında yaşanıb.

Bu arada Ukrayna Müdafiə Nazirliyi Rusiya Ordusunun Donbasdakı qərargahına general-mayor Aleksey Zabizenin rəhbərlik etməsi haqqında informasiya yayıb: “Ukrayna Təhlükəsizlik qüvvələri Rusiya ordusunun Ukrayna ərazisindəki qərargahlarına yüksək rütbəli zabitlərin rəhbərlik etməsi ilə bağlı dəqiq informasiya əldə edib. Donbasda Rusiya Ordusunun və separatçı qüvvələrin birləşmiş qərargahına 1965-ci ildə Narvada (Estoniya) doğulan general-mayor Aleksey Zabizen rəhbərlik edir. Zabizen Rusiya Ordusunun Çeçenistan və Tacikistandakı motoatıcı diviziyalarıəna rəhbərik edib”.

Xəbərdə bildirilir ki, son 2 ayda Krimatorsk və Mariupol ətrafındakı hücumlar onun rəhbərliyi altında həyata keçirilib”.