!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ByLock”a görə 27 polis həbs edildi – FETÖ əməliyyatı

!Reklam – Yazi

FETÖ terror şəbəkəsi ilə əlaqədə şübhəli bilinərək, gözaltına alına 30 polisdən 27-si barəsində həbs qərarı çıxarılıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin aprelin 3-də keçirtdiyi əməliyyat zamanı FETÖ ilə bağlılıqda və xüsusi “ByLock” mesajlaşma proqramından istifadədə şübhəli bilinən 32 polis əməkdaşına qarşı eyni zamanda əməliyyat təşkil olunub.

Karşıyaka, Buca, Ödemiş, Dikili, Gaziemir, Tire, Torbalı, və Bornova rayonlarında keçirilən əməliyyat zamanı 30 polis tutulub. İlkin dindirmədən sonra onlardan 2-si sərbəst buraxılıb, 28-i isə istintaqa cəlb olunub.
Dindirmədən sonra işləri məhkəməyə göndərilən 28 polis barəsində həbs qərarının çıxarılması istənilib. Məhkəmə 28 polisdən 1-ni nəzarətdə saxlamaq şərtilə sərbəst buraxaraq, qalan 27-si barəsində həbs qərarı çıxarıb.
Həbs olunan polislərin “ByLock” istifadəçisi olduqları bildirilir.

Yeniçağ.Az

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv