!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“CABANQAR”-ın — “BAKI FİLM FESTİVALI-2015” -Video

!Reklam – Yazi

23232Son vaxtlar ölkəmizdə həyata keçirilən soasial layihələrin sayı günbəgün artmaqdadır. Öz fəaliyyəti ərzində hər zaman cəmiyyətin qayğıya ehtiyacı olan hissəsini diqqətində saxlayan “CABANQAR MMC” Azərbaycanda ilk dəfə olaraq Əlilliyi və Qayğıya ehtiyacı olan insanlara həsr olunmuş “BAKI FİLM FESTİVALI-2015” layihəsini təqdim edir.

Layihənin həyata keçirilməsində əsas məqsəd əlillərin müasir dövrdə qarşılaşdıqları problemlərin cəmiyyətin diqqətinə çatdırılması və bu problemlərin həlli yollarının tapılmasına vasitəçi olmaqdır.

Festivala təqdim olunmuş filmlər peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Sonda qaliblər və digər iştirakçılar diplom, sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Festivala son iki ildə çəkilmiş maksimum 15 dəqiqəlik qısametrajlı bədii filmlər və sosial çarxlar təqdim oluna bilər. İştirakçılar https://docs.google.com/forms/d/1shhc5TeQwPoke0ruX29Xd5tzE3qI4vVkk-ThTbTIiMg/viewform?c=0&w=1 səhifəsindən online qeydiyyatdan keçərək film və ya sosial çarxlarını göndərməlidirlər. İşlərin təqdimatı üçün son tarix 1 iyul 2015-ci ildir. Festivalda iştirak edəcək hər kəsə uğurlar arzulayırıq.

Xatırladaq ki, bu tip layihələrin keçirilməsi bundan sonra da CABANQAR komandası olaraq əsas prioritetlərimiz içərisində olacaqdır(aktual).

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv