Cabbar Musayev canlı yayımda sirrini açdı: “O qadın…” – VİDEO

Bəstəkar Cabbar Musayev hər müğənniyə mahnı vermədiyini bildirib.

Yenicag.az xəbər verir ki, C.Musayev “Hər şey daxil” verilişində Tolikin “elə bir müğənni varmı ki, ona mahnı verməzsən” sualını cavablandırıb:

“Bəli, var. Amma adını çəkməyəcəm”.

Tolik israrla onun adının heç olmasa baş hərfini yaxud da qadın, ya kişi olmasını soruşub.

Bəstəkar diplomatik cavabı ilə sualdan yayınıb:

“Var elə müğənni ki, ona mahnı vermərəm. Çünki o kişi yaxşı oxuyar, eqoistliyinə görə vermərəm. O qadın da məhv edər mahnımı, ona görə vermərəm. Amma adının heç baş hərfini də çəkmərəm. Tolik, axı sən qalmaqalı sevmirsən? Deyəsən səni təhqir etdim?”

Həmin görüntünü təqdim edirik.

Nehru