Çad prezidentinin ÇƏTİN ANLARI: Putin ona necə kömək etdi? – VİDEO

Çad prezidenti 56 ildən sonra ilk dəfə Moskvaya gəlib.

Yenicag.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyaya səfər edən Çad Respublikasının keçid prezidenti Mahamat İdriss Deby ilə görüşüb.

Çad prezidenti tərcümə üçün qulaqcıqdan istifadə etməkdə çətinlik çəkib. Bu zaman Putin ona qulaqcıqdan necə istifadə etməyi öyrətməli olub.

Xatırladaq ki, yanvarın 24-də Rusiya prezidenti Vladimir Putin Çad prezidenti Mahamat İdriss Deby ilə görüşüb.

Bu, Afrika dövlətinin liderinin Fransadan müstəqillik əldə etdikdən sonra ikinci, 1968-ci ildən isə 56 ildə Moskvaya ilk səfəridir.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivləri, regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunub.

 

Xuraman Etibarlı

COP29