“Cafecity” restoranı cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 333 ictimai iaşə obyektində 574 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, 7-ci mikrarayonda yerləşən fiziki şəxs Əyyubov Kərbbərayiibrahim Əyyub oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xəzər ‎‎rayonu, Zirə qəsəbəsində yerləşən, fiziki şəxs Babayev Namiq Natiq oğluna məxsus dönər evi;

3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 25E ünvanında yerləşən, hüquqi şəxs “CP Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe; ‎

4. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 27a ünvanında yerləşən, fiziki şəxs Musayev Alim Teymur oğluna məxsus “Məclis” çay evi;

5. Bakı şəhəri, Xətai rayonu, M. Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafe;

6. Bakı şəhəri, Xətai rayonu, Hadi ev 23H ünvanında yerləşən, fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nərimanov rayonu, C. Hacibəyli ev 238 ünvanında yerləşən, fiziki şəxs Rzayev Qalib Hidayət oğluna məxsus “Köz tantuni” dönər evi;

8. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 239 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Elmin Pərviz oğluna məxsus kafe;

9. Bakı şəhəri, Yasamal ‎ rayonu, İnşaatçılar prospekti, ev 38-də yerləşən hüquqi şəxs “Siti Keyterinq” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Cafecity” restoranı;

10. Bakı şəhəri, Nəsimi ‎rayonu, M. Qardaşları ev 22 ünvanında yerləşən, fiziki şəxs Ömərova Samirə Camalovna qızına məxsus “London” kafesi;

11. Bakı şəhəri, Nəsimi‎ rayonu, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Salehova Aygül Bəhruz qızına məxsus “Boho Tea Room” kafesi;

12. Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət dalan 2 ünvanında yerləşən, fiziki şəxs Babayeva Gülşən Dumuş qızına məxsus “Elit” kafesi;

13. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Süleyman Rüstəm küçəsi ev 7 ünvanında yerləşən, hüquqi şəxs “Ìnci Group of Companies” Qapalı Səhmdar Cəmiyyətinə məxsus kafe;

14. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən, fiziki şəxs Məmmədov Aqilə Amil oğluna məxsus kafe;

15. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən, fiziki şəxs İslamov Anar Fazəddin məxsus çay evi;

16. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ev 24m ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etibar Atif oğluna məxsus “Öz kardeşler” kafesi;

17. Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Əsədov Təşkilat Rəhim oğluna məxsus “Cratos” restoranı;

18. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri M. Hüseynzadə ünvanında yerləşən, fiziki şəxs Əkbərova Ruhəngiz Qulu qızına məxsus restoran;

19. Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 29-cu məhəllədə yerləşən, fiziki şəxs Sədiyev Nizami Əbil oğluna məxsus “Şah dönər” kafesi;

20. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Məmmədova Ceyran Məhərrəm qızına məxsus “Bənövşə” restoranı;

21. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 1 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Cəlil Arif oğluna məxsus “Lara Otel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

22. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, fiziki şəxs Cəbrayılov Mayis Kamal oğluna məxsus “Farel” restoranı;

23. Göyçay rayonu, Ə. Rəsulzadə küçəsi 125 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Müqəddəs Sirac oğluna məxsus dönər evi;

24. Ağsu rayonu, Azərbaycan küçəsində yerləşən, fiziki şəxs Səmədov Valeh İbrahim oğluna məxsus çay evi;

25. Qazax rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əliquluyev Elyar Elman oğluna məxsus kafe ;

26. Quba rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs İskəndərov Rafail Musa oğluna məxsus kafe;

27. Quba rayonu, Əliyev prospekti ev 196 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Ağa Adil oğluna məxsus “Dönər House” kafesi;

28. Salyan rayonu,T. Xəlilbəyli küçəsində yerləşən, fiziki şəxs Rzayev Eldar Əlirza oğluna məxsus “Terassa” restoranı;

29. Yevlax rayonu, Nizami prospektində yerləşən, fiziki şəxs Həsənzadə Vüsal Qərib oğluna məxsus “Xəmsə” restoranı;

30. Ucar rayonu, Qazyan kəndində yerləşən, fiziki şəxs Güləliyev Azad Rasim oğluna məxsus kafe;

31. Gəncə şəhəri, Abuzər Bəy Rzayev ilə P. Səmədov küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Hüseynov Canpolad İsgəndər oğluna məxsus yeməkxana;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

COP29