Çağatay Ulusoy barədə həbs qərarı çıxarıldı

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy, müğənni Cenk Eren və aktrisa Gizem Karaca barədə həbs qərarı verilib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Çağatay Ulusoy, Cenk Eren, Gizem Karaca və Orçun Benli “narkotik maddə ticarəti” təqsirinə görə həbs olunacaqlar.

Qeyd edək ki, Cenk Eren 7 il 6 ay, digərləri isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum olunacaqlar.