!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Əsgərovdan milli brendə qadağa - FOTOLAR

!Reklam – Yazi

Hava limanında “Azərçay”ın satışı dayandırılıb.

Neft və qazdan sonra xaricə ən çox istehsal edilən məhsullarımızdan biri də “Azərçay”dır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Heydər Əliyev adına Hava limanında 10 gündən çoxdur ki, “Azərçay”a məxsus stend götürülüb, Duty Free və digər mağazalarda çayın satışı qadağan edilib.

Hava limanında işləyən satıcıların bildirdiyinə görə, rəhbərlik “Azərçay”ın satışına qadağa qoyaraq hava limanında yalnız İngiltərə istesalı olan çay məhsullarının satılmasına icazə verib.

Əldə etdiyimiz məlumata görə, hava limanında Azərbaycanın dünyada tanınan brendinə qadağanı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov qoyub. Cahangir Əsgərovun bu addımı atmasının səbəbi isə bilinmir.

“Azərçay”ın qadağan edilməsi ilə Hava limanında Azərbaycana aid demək olar ki, heç bir məhsul satılmır. Azərbaycanı özündə əks etdirən bəzi suvenirlər satılsa da, həmin məhsulların Çin istehsalı olduğu bildirilir.

Xüsusən turistlərin ölkələrinə qayıdarkən ən çox aldığı “Azərçay”ın Hava limanında satılmamasını görmələri onları da narazı salıb.

Mövzunu diqqətimizdə saxlayacağıq.

Səxavət Məmməd

www.yenicag.az

7841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv