!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Hacıyev mülklərini satışa çıxardı – Ölkədən çıxışına qadağa qoyulub

!Reklam – Yazi

1426873886_ca1402657064_cahangir2Son ayların ən səs-küylü siyasi hadisələrindən biri ölkənin ən zəngin oliqarxlarının “maliyyə xəyanəti” ittihamı ilə həbs edilməsidir. Mətbuatın əsas mərkəzi mövzularından olsa da, hüquq-mühafizə orqanları işlə bağlı məlumatları bölüşməyə xəsislik edirlər.

Cahangir Hacıyevin Beynəlxalq Bank sədrliyindən uzaqlaşdırılandan sonra özünün də istintaqa cəlb edilməsi haqda yazmışdıq. Mənbə bildirmişdi ki, sabiq bankiri istintaqla əməkdaşlıq etdiyinə görə həbs etməyiblər. Mənbəmizin verdiyi son məlumata görə, C.Hacıyev kreditlərlə bağlı bütün məlumatları istintaqçılarla bölüşür, kreditlərin kimlərin xahişi ilə verilməsi ilə bağlı olan məlumatları da gizlətmir. Konkret kreditlər üzrə hansı nazirin, komitə sədrinin ona zəng etdiyini açıq şəkildə istintaqçılara deyir. Buna görə sabiq bankir azadlıqda gəzir.

Bundan başqa C.Hacıyev özünə yaxın olan ayrı-ayrı şəxslərin adına götürülən kreditlərin ödənilməsini də təmin etməlidir. “Yeni Müsavat”a C.Hacıyevin hazırda maliyyə durumu həddən artıq pisdir, əmlaklarını belə satışa çıxarıb. Mənbəm deyib ki, C.Hacıyevin ölkədən çıxışına da qadağa qoyulub. Qeyri-rəsmi tətbiq olunan qadağa rəsmiləşə də bilər.

“Azadlıq” qəzeti C.Hacıyevlə bağlı məlumat yayıb. Qəzetin yazdığına görə, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı” 7 yüksək vəzifəli məmur hədəfə gəlib. Məmurlar Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevdən iri məbləğli kredit xahişi ediblər. Bu fakt Beynəlxalq Bankla bağlı araşdırmalar başlanarkən bəlli olub. Bildirilir ki, Cahangir Hacıyev həmin məmurların və onların xahişini etdiyi şəxslərin siyahısını ölkə başçısı İlham Əliyevə təqdim edib. Ölkə başçısı dərhal həmin məmurları yanına çağıraraq onlardan izahat tələb edib. Məmurlar isə götürülən kreditlərə qarant durduqları və tezliklə pulların geri qaytarılacağı barədə ölkə başçısına söz veriblər. Məlumatda deyilir ki, İlham Əliyev həmin məmurlara pulların qaytarılması üçün konkret vaxt qoyub. Əgər deyilən müddətdə pullar geri qaytarılmazsa, bu məmurlar ən yaxşı halda vəzifələri ilə vidalaşaraq əmlaklarının bir hissəsindən imtina etməli olacaqlar.

Qəzet yazır ki, məmurların qarant durduğu sahibkarlar hazırda həbsdədirlər.

Xatırladaq ki, “kredit qalmaqalı”na görə xeyli sayda sahibkar DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Kredit borcunu ödəyən sahibkarlar bir neçə gün sonra sərbəst buraxılıb. Bu sırada “Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmli, “Metanol” zavodunun sahibi Nizami Piriyev və digərlərini göstərmək olar. Borcunu ödəməyənlər barəsində isə həbs-qətimkan tədbiri seçilib. Qeyri-rəsmi məlumatlara görə, bu qalmaqalda ümumilikdə 6 milyard manatdan söhbət gedir.

C.Hacıyev Beynəlxalq Bankdan uzaqlaşdırılandan sonra maliyyələşdirdiyi Bakının “İnter” klubunda da maliyyə durumu çətinləşib. Musavat.com-un məlumatına görə, iş o yerə çatıb ki, Avroliqa qarşılaşmaları çərçivəsində səfər oyunlarına AFFA-nın maliyyə yardımı ilə yollanan klubda futbolçular bir neçə aydır maaş ala bilmir. Belə xəbər də var ki, klubun futbolçuları İspaniya təmsilçisi “Atletik”lə Bakıdakı cavab oyunundan öncə meydana çıxmaqdan imtina ediblər. Hələ iyunda C.Hacıyevin maliyyələşdirdiyi başqa bir klubun – “Simurq”un adının dəyişdirilməsi ilə bağlı başlanan müzakirələr də davam edir. Bildirilir ki, Beynəlxalq Bankın sabiq rəhbərinin Zaqataladakı klubunun 22 milyon dollar borcu var və böhranlı komandaya sponsorluq etmək istəyən yoxdur. AFFA isə “Turan”ın borclarını “Turan T” adı ilə sildiyi kimi, indi də “Simurq” və “İnter”in adını dəyişərək klubları bu borclardan xilas edə bilər. Sabiq bankirin “İnter” komandasının ayağında 38 milyon dollar borc var. Yaxın zamanlarda komandanın adının dəyişməsi istisna deyil.

Bu xəbərlər də Cahangir Hacıyevin kəskin pul böhranı ilə üzləşməsi haqda məlumatları da təsdiqləmiş olur. Görünən odur ki, C.Hacıyevin batırdığı bankla bərabər özü də batır.

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv