Cahangir Hacıyev saxlanılıb-Yenilənib

sWOSqN48iYTNBeynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.

Məlumata görə, C. Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.

***

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nın əldə etdiyi məlumata görə, C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur.

C. Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb.