Cahangir Hacıyevin arvadı həbs edildi

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.

Yenicag.az “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi gözlənilir.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Qeyd edək ki, UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

COP29