!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cahangir Hacıyevin həbsdə saxlanıldığı yer açıqlandı

!Reklam – Yazi

Jahangir_Ha_jiyev_211010Vəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

Bu barədə “Report”a A.Layicov məlumat verib.

O, C.Hacıyev barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apelyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs-qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

Xatırladaq ki, C.Hacıyev CM-in 178.3.2 (dələduzluq – xüsusilə iri məbləğdə törədildikdə) və 179.3.2-ci (iri məbləğdə mənimsəmə) maddələri ilə ittiham olunur.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv