Cahangir Hüseynovun daha bir şirkəti batdı – 70 milyonluq kredit

cahangir_haciyev_esas3Pambıqəyirən sexinin işini dayandırması ilə “Şəki İpək” ASC-nin (Şəki ipək Kombinatı) fəaliyyəti tam dayanıb.

Şəkidən Sadıq Fətəliyev Turan-a bildirib ki, formal səbəb elektrik enerjisinə olan 36 min manat borc olub. Onun sözlərinə görə, 200-dən artıq işçi müddətsiz məzuniyyətə buraxılıb və indi direktorun səlahiyyətlərini müvəqqəti icra edəndən başqa müəssisədə yalnız mühafizə qrupu qalıb.

İşçilər ayda minimal maaş – təxminən 160 manat əmək haqqı alırdı, bu da ölkə üzrə orta aylıq əmək haqqından 3 dəfə azdır.

Xatırladaq ki, özəlləşdirmə anında “Şəki İpək” ASC-də 2000-ə yaxın işçi çalışıb. 2002-ci ildə müəssisə investisiya müsabiqəsində ipək məhsulu istehsalının bərpası və inkişafı şərti ilə “Pərvanə” şirkəti tərəfindən özəlləşdirilib.

SC-nin səhmlərinin 98%-i “Pərvanə” MMC-ə keçəndən sonra onlar “General Construction” MMC (81%) və “Senat Associates” LTD (17%) arasında bölüşdürüldü.

610x380xs-77.jpg.pagespeed.ic.4mR-1DzWU_Səhmdarların bu yaxında keçirilən ümumi iclasında məlum olub ki, “Şəki İpək” ASC-nin adına çox milyonlu kredit rəsmiləşdirilib və indiyə kimi bu məbləğ 70 milyon manata çatıb. Kredit “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınıb.

KİV-də “Pərvanə” MMC və “General Construction” MMC-nin AMB-nın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevlə dost münasibətdə olan Xaqani Bəşirova məxsus olması ilə bağlı çoxsaylı məqalələr dərc edilib.

Ölkə.Az

COP29