Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

"Cahil, avam, geridəqalmış, savadsız kütlə..." - Faiq Ağayev açdı ağzını, yumdu gözünü

Xalq artisti Faiq Ağayev də 12-ci imam Mehdinin “zühir” etməsinə münaisbət bildirib.

Yenicag.az xəbər verir ki, Xalq artisti “Facebook” hesabından paylaşım edərək özünü imam Mehdi kimi qələmə verən şəxsə aldanan insanları avam və savadsız adlandırıb.

“O yalançı “imam Mehdi”ni qoyun bir kənara.

Adam “moşennik”dir, adı üstündə.

Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə?

Onları da, sevdiyiniz “zarafatda”kı kimi, Pakistandan göndəriblər bura?

“Cinçıxarma”, “ərqaytarma”, “bəxtaçma” elanlarından can qurtarmaq olmur internetdə.

“Bolt”un reklamına meydan oxuyur o elanlar.

Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına “heyrətlənirsiz”?..” – deyə Faiq Ağayev qeyd edib.

www.yenicag.az

965
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100