!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Caliber”: Ermənistanda seçkiqabağı sürünmə: Finiş əyrisi - VİDEO

!Reklam – Yazi

Ermənistanda seçkiqabağı sürünmə özünün finiş əyrisinə yaxınlaşır.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan sayca 32-ci buraxılışında bəhs olunur.

Proqramın yeni sayında həmçinin Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə toxunulub.

“Son zamanlar sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, Ermənistan tərəfindən sərhəd zonasında eskavatorlar işləyir və müdafiə istehkamlarının qurulması işləri davam etdirilir. Hərçənd rəsmi səviyyədə bu məlumatlar təkzib olunur”, – deyə verilişdə qeyd edilir.

Buraxılışda Ermənistandakı hazırki vəziyyət Azərbaycanda ötən əsrin 90-cı illərinin başlanğıcındakı vəziyyətlə müqayisə olunur.

“Ermənistanın sosial və siyasi həyatında xaos hələ də davam edir. Seçkiöncəsi siyasi qüvvələrin təhlili belə deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq. Odur ki, parlament seçkilərinin asanlıqla yekunlaşmayacağı indidən bəllidir. Bu müddət ərzində istənilən gözlənilməz hadisənin baş verməsi mümkündür. O, cümlədən də Azərbaycana qarşı təxribatlar ola bilər”, – deyə verilişdə bildirilir.

Daha ətraflı “Caliber”in yeni buraxılışında:

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv