!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Caliber”: “Ermənistanın məhv edilmiş ordu ağrıları, azərbaycanlıların Xankəndiyə qayıtması...” - VİDEO

!Reklam – Yazi

Ermənistan mətbuatında ordunun bərpası və gücləndirilməsi məsələsinin qaldırıldığı bir sıra məsələlərə yer verilib.

“Caliber” layihəsinin “Youtube” hesabında sözügedən məsələyə və azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına həsr olunmuş video yerləşdirilib.

“Caliber” qeyd edir ki, indi Ermənistan ordusuna nə lazım olduğunu deyil, ordusunu necə yarada biləcəyini düşünməlidir. Çünki Qarabağda gedən döyüşlər çərçivəsində Azərbaycan ordusu Ermənistan ordusunu məhv edib.

Bununla belə, Ermənistan KİV-in yaydığı informasiyalarda sanki bütün günah maddi-texniki təminat məsələlərinin üzərinə atılıb, lakin hərbçilərin peşəkarlıq və hazırlıq səviyyəsi barədə bir cümlə belə yazılmayıb.

“Caliber”, həmçinin, Ermənistanı narahat edə biləcək daha bir məsələyə toxunub. Belə ki, əldə olunmuş üçtərəfli bəyanata əsasən, azərbaycanlı qaçqın və məcburi köçkünlər Dağlıq Qarabağa qayıdacaq.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 12204 nəfər azərbaycanlı Xankəndidə doğulub. Bu insanların ailə üzvləri ilə birlikdə Xankəndiyə qayıdacağını nəzərə alsaq, bu rəqəmin 25-30 minə qədər yüksəldiyini söyləmək olar.

Ermənistan tərəfində isə əksinə, şəhərə qayıdan bir çoxlarının əşyalarını toplamaq üçün gəldiyini və burada yaşamaq niyyətinin olmadığını müşahidə etmək olar. Belə olan halda şəhərin azərbaycanlı əhalisinin sayının ən azı 43 faiz təşkil edəcəyini söyləmək olar.

Bu rəqəmin ayrı-ayrı rayonlarda hətta yarıdan çox olacağını da istisna etmək olmaz.

www.yenicag.az

943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv