Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Caliber”: “Keçmiş zamanın tarixi və ya Anna Naqdalyana cavab” - VİDEO

Reklam: High Technic

“Caliber” müstəqil jurnalist layihəsi “YouTube” səhifəsində yeni təhlilini yerləşdirib.

Bu dəfə layihənin müəllifləri 2017-ci ildə, hələ o zaman işğal altında olan Cəbrayıl rayonunda ermənilərin tikdiyi və bugünlərdə sökülən “obyekt”in ətrafında aparılan süni anti-Azərbaycan kampaniyasına toxunublar. Təhlildə hadisənin kökləri araşdırılaraq, maraqlı nəticələr təqdim edilir.

Videomaterialda bildirilir ki, hələ 2017-ci ildə o zaman Azərbaycan XİN-in rəsmi nümayəndəsi olan, hazırda isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni hərbçiləri üçün inşa edilən “dini obyektin” qanunsuz olmasını bəyan edib.

Azərbaycan tərəfi dərhal məsələni araşdırmaq üçün ATƏT-in Minsk qrupuna müraciət edib. Həmsədrlər hadisəni araşdırdıqdan sonra tikinti işlərinin qanunsuz aparıldığını təsdiq ediblər. Hələ o zaman qeyd olunub ki, bu, kilsə deyil, işğalçı ordunun hərbçilərinin dini ehtiyaclarını ödəmək üçün inşa olunmuş bir obyektdir və beynəlxalq hüquq normalarına əsasən, regionun dini və mədəni irsinə heç bir aidiyyəti yoxdur.

Daha ətraflı “Caliber”in təhlilində:

Loading...

www.yenicag.az

96
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100