!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çalınan yeni SAVAŞ ZİLLƏRİ: "İndiki halda müharibə ritorikasının artması..."

!Reklam – Yazi

“Antiterror əməliyyatlarının keçirilməsi istisna deyil”.

Bunu Qarabağ ətrafında artan gərginlik və müharibə ritorikasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, müharibə ritorikasının artması təsadüfi deyil:

“Uzun müddətdir ki, erməni və Rusiya tərəfi verdiyi sözlərə əməl etmir, öhdəlikləri yerinə yetirmir. Çünki 10 noyabr bəyanatında qarant ölkə Rusiyadır. Dəfələrlə demişik ki, əgər problem həll olunmasa, Azərbaycan silah gücünə öz problemlərini həll etmək məcburiyyətində qalacaq. Ona görə də indiki halda müharibə ritorikasının artması təsadüfi deyil. Düşünürəm ki, bu bilərəkdən gündəmə gəlib. Bunun üçün imkanlar da yaranıb. Hesab edirəm ki, antiterror əməliyyatlarının keçirilməsi istisna deyil. Bunu nəzərə almaq lazımdır.

Quru sərhədlərin bağlanması ilə bağlı bizim də müəyyən narazılığımız olub. Ancaq müəyyən siqnallar çatdırılıb ki, bu, təhlükəsizliklə bağlı baş verib. Ona görə də baş verənlərə ciddi yanaşmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

1323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv