!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq" - Qurban Qurbanov

!Reklam – Yazi

“Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi”.

Yenicag.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis 0:0 hesabı ilə yekunlaşan qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb:

“Hər iki komanda istəkli idi. Futbolçularımdan razı qaldım. Çempionat getdikcə bizim üçün çətinləşir. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik. Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq”.

Baş məşqçi Mahir Emrelinin Avropa Liqasında “Vilyarreal”la görüşün start heyətində yer almaq ehtimalının az olduğunu bildirib:

“Ancaq Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacağı oyundan əvvəlki məşqdən sonra müəyyənləşəcək. Maksim komanda ilə 2 məşq etmişdi. Çox yorulmuşdu. Ona görə bu gün əsas heyətdə oynamadı”.

Qurbanov həmkarı Rəşad Sadıqovla mübarizəsinə də toxunub:

“İndiyədək çox məşqçilərlə görüşmüşəm. Amma belə hallarda heç vaxt səmimi sözlər arzulamırdıq. İlk dəfə Rəşada səmimi qəlbdən uğurlar dilədim”.

Qurbanovun sözlərinə görə, bütün komandalar “Qarabağ”ı yaxından tanıyır:

“Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzi məşqçilərə qarşı bunu edirik. Hər iki komandanın qol epizodları oldu. Əvvəl də burada oynamışıq, amma asan olmayıb”.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv