“Camal Qaşıqçı cinayəti”nə hansı məhkəmə baxacaq?

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürlən jurnalist Camal Qaşıqçının qətli işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə krallığın ədliyyə naziri, şeyx Valid bin Məhəmməd əs-Samaani məlumat verib.

Onun sözlərinə görə, Qaşıqçının qətl hadisəsi Səudiyyə Ərəbistanının suveren ərazisində baş verib. Müvafiq prosedurun başa çatmasından sonra iş baxılması üçün Səudiyyə məhkəməsinə göndəriləcək.

COP29