Camal Qaşıqçı “İlin adamı” seçildi – VİDEO

Oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı “İlin adamı” seçilib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın “Time” jurnalının sosial media hesabı “Twitter”də məlumat verilib.

Jurnalın yaydığı məlumatda bildirilib ki, Camal qaşıqçının simasında öldürülən və təzyiq olunan bütün jurnalsitlər “İlin adamı” seçiliblər.

İki Routers müxbiri Va Lon və Kyau Seo Oo, “Rappler”ə məxsus şirkətin İdarəetmə Heyaətinin sədri, jurnalist Maria Ress, hücum nəticəsində 5 jurnalistini itirən “The Capital Gazette” də “İlin adamı” seçilib.