!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Camal Qaşıqçı tək jurnalist yox, həm də sülalədaxili narazıların təmsilçisi idi” – İqor Pankratenko

!Reklam – Yazi

“Bu yanaşmaya görə reputasiyasının zədələnməsi isə Vaşinqtonu qayğılandırmır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlindən sonra ABŞ-ın addımlarını dəyərləndirən siyasi elmlər namizədi, Strateji Qiymətləndirmə və Proqnoz Mərkəzi baş direktorunun müavini İqor Pankratenko bildirib.

İqor Pankratenkonun sözlərinə görə, ABŞ “dərin dövlət”i jurnalistin qətli ilə bağlı hələ qəti sözünü deməyib:

“Qeyd etdiyim kimi, Camal Qaşıqçıya sadəcə, vəliəhd şahzadə Bin Salmanın əleydarı kimi yanaşmaq doğru olmazdı. Qaşıqçı ABŞ-ın bütövlükdə Yaxın Şərq elitası ilə çoxprofilli bağlılığı olan ən ciddi əlaqələrindən biri və Səudiyyə Ərəbistanındakı vəliəhd şahzadəyə qarşı formalaşmış müxalifətlə qurulan, “kanal”ı idi.

Səudiyyənin İstanbuldakı Konsulluğnda jurnalisti yox, hakim sülalənin daxilində Bin Salmanın xarici siyasətdəki avantüralarına etiraz edən, bu narazılığı ABŞ-ın diqqətinə çatdırmaq istəyən kəsimin təmsilçisini qətlə yetiriblər.

Tramp jurnalistin qətlini cavabsız buraxdı, ya bağışladı – özünüz münasib ifadəni seçin. ABŞ prezidenti bu barədə verdiyi bəyantla göstərməyə çalışdı ki, Amerika ilə yaxınlaşmağın mənası yoxdur – lazım gələndə nə müdafiə edəcək, nə də qisas alacaq. Bu yanaşmaya görə reputasiyasının zədələnməsi isə Vaşinqtonu qayğılandırmır. Trampdan fərqli olaraq, CIA-da bunu başa düşürlər.

Göründüyü kimi, ABŞ-ın “dərin dövlət”i bu hadisənin nöqtələndiyini düşünmür və yəqin ki, Bin Salman üçün xoş olmayan qaydada öz sözünü deyəcək”.

Qafqaz Ömərov

www.yenicag.az

4172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv