!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Camal Qaşıqçının öldürüldüyü anın səs yazısı fəlakətdir” - Ərdoğan

!Reklam – Yazi

“Camal Qaşıqçının öldürülməsi cinayəti ilə bağlı məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edən zaman, ora Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronu da dəvət etdik”.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən, təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

O, ABŞ, Britaniya, Kanada, Almaniya və Fransa liderlərinin C.Qaşıqçı öldürülən zaman qeydə alınan səs yazılarını dinlədiklərini vurğulayıb: “Cinayətlə bağlı səs yazısını Səudiyyə də daxil olmaqla, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərəyə də dinlətdik. Səs yazısı doğrudan bir fəlakətdir. Hətta Səudiyyə kəşfiyyatçıları bu səs yazısını dinlədikdə şoka düşəcək qədər heyrətləndilər və Səudiyyənin baş prokuroru “hərhalda bu heroin qəbul edib. Bunu ancaq narkotik maddə qəbul edən biri edə bilər” dedi”.

Qeyd edək ki, “Vaşinqton post” qəzenin əməkdaşı Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

www.yenicag.az

4318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv