!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Camal Qaşıqçının ölüm əmrini onlar verib" - Ərdoğan

!Reklam – Yazi

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Washington Post” qəzeti üçün yazdığı məqaləsində deyilir.

Qətlin ehtimal olunan sifarişçilərdən danışan Türkiyə prezidenti vurğulayıb ki, Camal Qaşıqçının öldürülməsi barədə əmrin kral Salman tərəfindən verildiyini qəti şəkildə istisna edir.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin səyləri sayəsində bütün dünya C.Qaşıqçının “killer komandası” tərəfindən soyuqqanlılıqla öldürüldüyünü bildi: “Biz bilirik ki, cinayətin icraçıları Səudiyyə Ərəbistanında saxlanılan 18 şəxsin arasındadırlar. Biz həmçinin bilirik ki, Qaşıqçının öldürülməsi əmri səudiyyə hökümətinin yüksək vəzifəli şəxslərindən gəlib”.

Ərdoğan öz məqaləsində jurnalistin qətlinin ətrafındakı vəziyyətlə bağlı Ər-Riyadın davranışını da tənqid edib: “Səudiyyə hakimiyyətinin hərəkətləri üzücüdür, onlar ədalətə xidmət etmək əvəzinə hadisəni ört-basdır etməyə cəhd edirlər”.

T.Ərdoğan vurğulayıb ki, Ankara və Ər-Riyad arasındakı çoxillik dostluq Türkiyənin Qaşıqçının qəsdən öldürülməsinə göz yumacağı demək deyil.

Qeyd edək ki, Camal Qaşıqçı sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi Qaşıqçının konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

www.yenicag.az

9441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv