Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Camal Qaşıqçının qanını batırdılar: Övladlarına on milyonlarla dollar, villa hədiyyə edilib

Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən İstanbulda qətlə yetirilmiş jurnalist Camal Kaşıkçının oğlu Salah ölkə məhkəməsinə güvəndiyini açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, vəliəhd Məhəmməd bin Salmanın cinayətlə bağlı daşıdığı məsuliyyətini etiraf etməsinə baxmayaraq, Salahın bu fikirləri birmənalı qarşılanmayıb.

İddialara görə, Camal Qaşıqçı öldürüldükdən sonra Səudiyyə rejiminin jurnalistin övladlarına veridiyi maddi təzminat və villa onların “susdurulması” üçün bəs edib.

Sızan məlumatlara əsasən, Qaşıqçının övladlarına verilən təzminatın məbləği on milyonlarla dollar həcmindədir. Ailə üzvlərinə “hədiyyə olunan” villaların qiyməti isə 4 milyon dollardır.

Salah Qaşıqçı ölkə məhkəməsinə etimad etdiyini bildirib:

“Əziz atamızın vəfatından bir il keçib. Bundan əvvəl də söylədiyim kimi, Səudiyyə Ərəbistanı məhkəməsinin ədaləti bərpa edəcəyinə və bu qorxunc cinayəti törədənlərin cəzalandırılacağına inancım sonsuzdur.

Mən də atam kimi vətənə və onun idarəçilərinə sadiq qalacağam”.

Firuzə Alimova

www.yenicag.az

400
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM