Son vaxtlar paytaxt Bakıda, eləcə də bölgələrimizdə qida zəhərlənmələrinə məruz qalan insanların sayı günbəgün artır. Elə təkcə dünən Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. Paytaxt Bakıda isə 2 nəfər zəhərlənmə diaqnozu ilə həyatını itirib. Bu cür halların durmadan artmasının səbəbi nədir?
Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vəziyyətdən çıxış yollarını göstərib:
“Nə qədər ki, qida sahəsində bu vəziyyət dəyişməyib, zəhərlənmələr davam edəcək.
Hökumətin qlobal siyasəti ilə AQTA-nın lokal siyasəti üst-üstə düşmür. AQTA xəbərdarlıq etmədən yoxlama həyata keçirə bilməlidir”.
Ətraflı videonu təqdim edirik.
Cəvahir