“Can Azərbaycanın kədəri kədərimizdir”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı “X” hesabında yazdığı başsağlığında bildirib.
“32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda baş verən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, – o bildirib.