“Çanaqqala döyüşü dünyaya bir mesajdır” – Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov – EKSKLÜZİV

Bu gün Türkiyənin Çanaqqala şəhərində Çanaqqala döyüşünün 102-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərasimdə iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Yeniçağ.az-a eksklüziv açıqlama verib. O, Çanaqqala döyüşünün 100-cü ildönümünü xatırladaraq, dünyaya verilən mesajdan bəhs edib:

“Çanaqqala döyüşünün ildönümü hər il olduğu kimi bu il də Çanaqqala şəhidlik kompleksində qeyd edilir. Təbii ki, bu tədbirlərin ən əhəmiyyətlisi 2015-ci ildə həmin döyüşün 100-cü ildönümü ilə bağlı keçirilən mərasim idi. Bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmişdi. 2015-ci il aprelin 24-də – 100 il sonra bütün dünyanın diqqəti Çanaqqalaya yönəldi. Həmin gün bütün dünyaya müharibələrin, savaşların bir daha təkrarlanmamasına dair mesaj ünvanlandı”.

Yeniçağ.az