Bu gün Çanaqqala zəfərinin 104-cü ildönümüdür.
Bu günlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyi Bakıdakı “Türk şəhidliyi”ndə anım tədbiri keçirib.
Yenicag.az xəbər verir ki, “Türk şəhidliyi”ndə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, Türkiyənin Azərbaycandakı digər rəsmi nümayəndələri, müşavirlər, attaşelər iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra səfir Erkan Özoral “Türk şəhidliyi”nin üzərinə əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb.
Tədbir iştirakçıları daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin məzarı üzərinə gül, əbədi məşəlin qarşısına isə əklil qoyulub.