Çanaqqalada gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırıldı

Türkiyənin Çanaqqala şəhərinin Damyeri bölgəsində baş verən və küləyin təsiri ilə böyüyən yanğın 24 saatdan çoxdur ki, davam edir.

Yenicag.az xəbər verir ki, yanğın səbəbindən Çanaqqalada gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Qeyd edək ki, dünəndən ehtiyat tədbiri olaraq doqquz kənd boşaldılıb, evlərə ziyan dəyib.

Mənbə: TRT haber