Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bildirib.
Yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Ayvacık rayonunda qeydə alınıb. Zəlzələ ocağı 12,2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ İstanbul, Balıkesir və Bursada da hiss olunub.
Xəsarət alanalar və dağıntılar barədə məlumat olmadığı bildirilib.