“Çanaqqalada ucaldılan abidə Azərbaycan-Türkiyə dostluğunun əbədiliyinin göstəricisidir” – Səfir

“Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Azərbaycan – Türkiyə dostluğunun əbədiliyinin göstəricisidir”.

Yenicag.az-ın Çanaqqalaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

Rəşad Məmmədov, abidənin ucaldılmasına dair qərarın Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində verildiyini xatırladıb.

“108 il əvvəl Türk torpaqlarını qorumaq məqsədi ilə Mərkəzi Asiya, Krım və Azərbaycan türkləri canlarını fəda etdi. Bunun təkrarını biz 2020-ci ildə Qarabağda gördük. 85 milyonluq türk milləti ayağa qalxdı və Azərbaycan Zəfərini əldə edənə qədər Azərbaycan bayraqlarını yerə qoymadı. Bu gələcək nəsillər üçün gözəl örnəkdir”, – Səfir vurğulayıb.

Natiq Çıraqzadə