!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Canəli Əkbərov həmkarlarını duelə çağırdı - VİDEO

!Reklam – Yazi

Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin sabahkı qonağı xanəndə, xalq artisti Canəli Əkbərovdur.

Yenicag.az xəbər verir ki, verilişin qonağı həmkarlarına çağırış edərək, onları duelə çağırıb.

Belə ki, aparıcı Şəbnəm Turanın “Müsahibələrinizin birində iddialı fikir səsləndirmisiniz ki, mənim oxuduğum muğamları heç kim oxuya bilməz” – deyə xanəndəyə müraciət edib.

C. Əkbərov indi də sözünün üstündə durduğunu iddia edib:

“Həmişə demişəm, yenə də təkrar edirəm: mənim oxuduğum muğamları heç kəs oxuya bilməz: biri elə “Orta mahur”. Çağırıram xanəndələri, dərs dediyim tələbələri… Mənimlə çiyin-çiyinə “Orta mahuru” oxuduğum eşqdə oxuya bilsələr, həmin gün bu muğamdan əl çəkərəm”.

Qeyd edək ki, xanəndənin qonaq olduğu veriliş sabah Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

1976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv