Canəli Əkbərov şərt kəsdi: “Ariflə barışaram, amma…” – VİDEO

Xalq artisti Canəli Əkbərov küsülü həmkarı, ustad xanəndə Arif Babayevlə münasibətlərində yaranan buzu əritmək niyyətindədir.

Yenicag.az-a açıqlama verən Canəli Əkbərov sənət dostu ilə münasibətlərinə aydınlıq gətirib:

“Mən iddialı adam deyiləm. Dosta qarşı hər zaman hörmətlə davranmışam, çünki zamanında həmin dostları evimə gətirib, çörək vermişəm. Ariflə indi münasibətimiz yoxdur. Lakin o mənə qarşı addım atarsa, barışaram”.

Bununla belə, Canəli Əkbərov daha bir küsülü həmkarı, xalq artisti Mənsum İbrahimovla barışmayacağını bildirib: “Heç vaxt, həyatı boyu barışmaram. Mümkün deyil. Mənsum kimdir ki, mən ona doğru addım atım?”.

Xatırladaq ki, bir il öncə xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Sərdar Fərəcov həmkarları Canəli Əkbərovun muğam müsabiqəsində münsif olmasının əleyhinə çıxıblar. Onlar Canəli Əkbərovun münsif olacağı təqdirdə, müsabiqədə iştirakdan imtina edəcəklərini deyiblər. Bu sözlərdən sonra tərəflər arasında qarşıdurma yaranıb. Canəli Əkbərov mətbuatda həmkarları barədə təhqiramiz fikirlər səsləndirib.

Cəvahir

COP29