Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Canəli Əkbərov vəfat etdi - Oğlundan AÇIQLAMA

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a xanəndənin oğlu Sabir Əkbərov məlumat verib.

Sabir Əkbərov göz yaşlarına hakim ola bilməyib:

“Atamı itirdik, ailəmiz sarsıntı içindədir. Yaxşı idi, qəfil halı pisləşdi, vəfat etdi. Dəfni ilə bağlı qərar gözləyirik. Dövlətimiz harada məsləhət bilsə, orada dəfn edəcəyik”.

Qeyd edək ki, Canəli Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.

1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.

Cəvahir

www.yenicag.az

610
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100