!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Canlı aləmi məhvə aparan QLOBAL İSTİLƏŞMƏNİN daha bir ziyanı: Yaxın 1-2 il ərzində... - ARAŞDIRMA

!Reklam – Yazi

Bildiyimiz kimi, bir müddətdir ki, dünya alimləri qlobal istiləşmənin dünyamıza verə biləcəyi zərərlər barədə xəbərdarlıq edir. Sözügedən problemin dəniz və okeanlardan da yan keçməyəcəyi məlum məsələdir.

Yenicag.az xəbər verir ki, dəniz suyundakı istiləşmə səbəbindən buzlar əriməyə başlayıb. Bu da balıq, su iti və s. kimi okean canlılarına bir başa təsir edir. “Glasgow” Universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıb.

Məlum olub ki, bir çox balıq növü yer dəyişdirərək dünyanın daha dərin dənizlərinə doğru hərəkət edir. Hal-hazırda bu sadə bir proses kimi görünsə də, milyonlarla balığın istiqamət dəyişdirməsi dənizlərdə ciddi problemə səbəb ola bilər.

Həmçinin insanların quruda yaşamasına baxmayaraq, yaşadığımız həyatın böyük bir hissəsi də dənizlərdən aslıdır. Buna görə də bir neçə il ərzində qlobal istiləşmənin vuracağı zərərlər daha ciddi səviyyəyə çata bilər.

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv