Canlı yayımda gözlənilməz hadisə baş verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədə qadın idmançı müsahibə verən zaman paraşüt qəzaya uğrayıb.
İdmançı qadın müsahibəsində “Uçuşları qəzasız başa vurduq” dediyi an həmkarlarından biri paraşütlə onun üzərinə düşüb.
Paraşütçü qadının həmkarının onun üzərinə gəldiyini gördüyü son anda həmin ərazidən uzaqlaşması sayəsində hadisə xəsarətsiz ötüşüb.
Həmin hadisənin görüntülərini təqdim edirik: