Azərbaycanda canlı yayımda biabırçılıq – Əlbəyaxa davaya çıxdılar – VİDEO

Aşıq Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli arasında qalmaqal yaşanıb. Tərəflər arasında ATV-nin “10-dan sonra” verilişinində mübahisə düşüb. Sənətlə bağlı mübahisə dava ilə nəticələnib.

Yenicag.az-a açıqlama verən Namiq Fərhadoğlu baş verənlərə aydınlıq gətirib:
“Sənətlə bağlı mübahisə düşdü. Aşıq Fəzailə dedim ki, sən aşıq deyilsən, aşıq Aşıq Ədalətdi, Zülfiyyə xanımdı və s. O, özündən çıxdı. Mənə dedi ki, səni başa salaram. Mən ona dedim ki, on dənə aşıq havası ifa et, əsəbiləşdi. Verilişdən sonra çəkdim qırağa başa saldım, dedim nə attanıb düşürsən?”

Namiq ATV-də reklam arası yayılan həmin görüntünün sonradan silindiyini bildirib.

Əldə etdiyimiz məlumata görə, reklam arası fasilədə tərəflər arasında əlbəyaxa dava düşüb.

Cəvahir