Canlı yayımda milçək yedi: Kanalın yazısı hər kəsi güldürdü – VİDEO

Türkiyənin “Beyaz” Televiziyasında yayımlanan futbol proqramında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, “Beyaz Futbol” verilişinin daimi qonaqlarından olan Əhməd Çakarın fincanına milçək qonub.

Rasim Ozan Kütahyalı isə Əhməd Çakardan milçəyi yeməsini istəyib. Çakar da milçəyi yeyib.

Çakarın milçəyi yeməsindən sonra isə qonaqlar ürəkbulanma nidaları çıxarıblar.

Kanalın yazdığı başlıq isə izləyiciləri güldürüb: “Son dəqiqə! Əhməd Çakar milçəyi yedi”

Həmin anların görüntüsünü təqdim edirik: