Canlı yayımda özünü asdı – FOTO/VİDEO

Türkiyədə dəhşətli hadisə baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Konya şəhərinin Səlçuqlu vilayətində intihar hadisəsi olub. Belə ki, bir nəfər gecə yarısı sosial şəbəkədə canlı yayım zamanı özünü asaraq intihar edib.

Hadisə yerli vaxtla saat 05:00 radələrində Səlçuqlu vilayəti, Binkonutlar məhəlləsində yerləşən binanın 4-cü mərtəbəsində baş verib. İddiaya görə, 30 yaşlı T.Ö gecə su içmək üçün mətbəxə gedib və bu zaman canlı yayım açıb.

Bir müddət canlı yayımdakı dostları ilə söhbət edən T.Ö “intihar edəcəm, haqqınızı halal edin” deyərək ip hazırlamağa başlayıb. Bu zaman canlı yayımı izləyənlər polisə məlumat veriblər. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım maşını gəlib. Polis qapını qıraraq evə daxil olsa da, T.Ö-nün meyiti ilə qarşılaşıb.

T.Ö-nün meyiti Konya Nümunə xəstəxanasının morquna aparılıb. Polis onun intihar zamanı canlı yayım etdiyi telefonu nəzarətə götürüb.

COP29